9.1.2012
  
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Eurovision 2012” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə könüllü cəlb olunmaq istəyənlərdən müraciətlərin qəbulu başa çatıb.
9.1.2012
  
2012-ci il yalnız 17 və 18 fevral Rus Dram Teatrının səhnəsində Rusiyanın Xalq artisti, SSR və Rusiya Dövlət Mükafatı Laureatı İrina Muravyeva "Arvad intriqan və ya Öz aralarında aktoyrlar" komediyasında! Pyes -Dmitri Suxarev, musiqi - Sergey Nikitin. 
9.1.2012
  
Meksika Prezidenti Felipe Kalderonun iştirakı ilə ölkədə dünyanın ən hündür körpüsünün açılış mərasimi keçirilmişdir. "Baluarte" adlı körpünün hündürlüyü 403 metrdir. Məlumata əsasən, 4 zolaqlı körpünün eni 20 metr, uzunluğu isə 1124 metrdir.
9.1.2012
  
Qoç - Bu gün xeyli yaxşı qərar qəbul edəcəksiniz. Fəqət bunların çox az hissəsini reallaşdıra biləcəksiniz. Möhtəşəm planlar qurursunuz, amma həyata keçirməyə başlayanda onlar nədənsə cılızlaşır. Nəinki gücünüzü, həmçinin maliyyə imkanlarınızı da düzgün qiymətləndirmirsiniz.
9.1.2012
  
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi aran Qarabağ bölgəsi sayılan Ağdam, Bərdə və Tərtər bölgəsini TV-siqnalla əhatə edib. Bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.
6.1.2012
  
Parisdəki məşhur Luvr muzeyi islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereyanı təqdim edib. Layihəyə Azərbaycan da dəstək verib. GoMap Fransa mediasına istinadən xəbər verir ki, islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni guşə bu ilin yayında istifadəyə veriləcək.
6.1.2012
  
Misirli alimlər xərçəng xəstəliyinin qızılın köməyi ilə müalicəsində uğur qazanmışlar. Bununla əlaqədar Qahirədə Milli Elmi Araşdırmalar Mərkəzində məxsusi mətbuat konfransı keçirilmişdir. 
6.1.2012
  
Comedy Lady qadın komediya şousu ilk dəfə Bakıda! Ən iti qadın zarafatları, qadın məntiqi üzərində qurulmuş güclü yumor və sadəcə parlaq və maraqlı şou yanvarın 15-i Baku Jazz Center-də sizi gözləyir.
6.1.2012
  
“Şeyxülislam Hacı Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir”. Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Arxivin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib.
6.1.2012
  
Sizə təqdim etdiyimiz video çarxın qəhrəmanı hörümçək pişikdir. Buyurun baxın.
6.1.2012
  
Röyanın özünün dediyi kimi 50 min avroya başa gələn "Ağla" klipi bayram günlərində tamaşaçıların ixtiyarına verilib. Müğənni belə bahalı klipin ona bəstəkar Nailə Mirməmmədli tərəfindən hədiyyə edildiyini bildirir. Sözləri Azad İsayevə məxsus mahnının musiqisi Nailə xanıma aiddir.
6.1.2012
  
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Təbrikdə deyilir: “İsa Peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
5.1.2012
  
Xalq artisti Aygün Kazımova Yeni İlin ilk klipini təqdim etdi. Klipin çəkildiyi mahnının sözləri Leyliyə, musiqisi Hakan Erola məxsusdur.
5.1.2012
  
Azərbaycan paytaxtının böyük hissəsini çörək və un məmulatları ilə təmin edən Bakıxanov Çörək Zavodu çörəyin qiymətini aşağı salıb. Bu barədə Bakıxanov Çörək Zavodunun direktoru Rasim Nəbiyev məlumat verib.
5.1.2012
  
Bu janr insanlar trəfindən ixtira olunmuş ən maraqlı və məşhur fəaliyyət sahəsi hesab olunur. Sizə aerofotoqrafiyanın bir neçə füsunkar nümunəsini təqdim edirik.
5.1.2012
  
Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.
5.1.2012
  
Qoç – Bu gün bol təəssürat yaşayacağınız bir gündür. Bunların bəziləri görüşlər və maraqlı tanışlıqlarla əlaqəlidir. Çox aludə olub başınızı itirməyin. Bu gün istəklərinizlə reallıq arasındakı sərhədi gözünüz görmür və bu səbəbdən yanılmaq ehtimalınız böyükdür. Böyük xərclər gözlənilir. Yalnız ehtiyacınız olan əşyaları alın.
5.1.2012
  
29 yanvar tarixində Azərbaycan dramaturqu M.F.Axundovun 200 illik yubileyi münasibəti ilə onun məşhur komediyasının motivləri əsasında "Musyo Jordan, Dərviş Məstəli şah" tamaşası nümayiş olunacaq. Qeyd edək ki, bu tamaşanın premyerası 2011-ci il, dekabr ayının 30-da reallaşıb.
30.12.2011
  
Bakı və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə havanın tutulacağı gözlənilir. Arabir güclənən cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 
30.12.2011
  
Sizə Yeni il bayramına aid müxtəlif animasiyalı avatarları təqdim edirik.