10.10.2011
  
Dünyanın ən tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster Teymur Rəcəbovun toyu olub. Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, toy səhərə yaxın saat 05.00-da qurtarıb.
10.10.2011
  
Vampir skelet Venesiyanın Lazaretto-Novo adasında, 1576-jı ildə cüzam xəstəliyindən vəfat edənlərin basdırıldığı qəbirlərdən birində tapılıb.
10.10.2011
  
Bu ilin mart ayında zəlzələ və sunami kimi təbii fəlakətlərdən sonra Yaponiya baş verə biləcək növbəti fəlakətlərə qarşı özlərini hazırlayırlar. Yaponların son ixtirası həyat qurtaraan kapsullardır. "Nuh" adlandırılan kapsul zəlzələ və sunamidən qorunmaq üçün hazırlanıb.
10.10.2011
  
Qoç - Narahat gündür. Sizin peşəkarlığınıza şübhə edirlər. Dilinizi saxlamasanız, rəhbərliklə münaqişəniz karyeranızın bitməsinə səbəb olacaq. Bu günə romantik görüşlər təyin etməyin. Çox mümkündür ki, mübahisənin təməlini özünüz qoyasınız.
10.10.2011
  
Sizə Youtube-da 2011-ci ilin Yanvar ayından Oktyabra kimi ən çox izlənilən videoları təqdim edirik. Onluğun 1-ci pilləsinə 400 milyon baxış sayı ilə Justin Bieber “Baby ft. Ludacris” klipi ilə başçılıq edir. İzləyin…
7.10.2011
  
Şirniyyatlar-tortlar bütün toy mərasimləri, ad günüləri, yubileylər və rəsmi tədbirlərin bəzəyidir. Sizə ən qeyri-adi formada hazırlanmış tortların şəkillərini təqdim edirik.
7.10.2011
  
Sizə ata və qızının çox maraqlı, təsirli eyni zamanda da, şən və qeyri-adi toy rəqslərini təqdim edirik.
7.10.2011
  
Bakıda “YARAT müasir incəsənət məkanı” təşkilatının “Ön söz” adlı sərgisi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Məzmununa və formasına görə onsuz da seçilən müasir incəsənət əsərləri bu dəfə həm də fərqli məkanda təqdim edilib.
7.10.2011
  
Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Direktorlar Şurasının yekdilli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinə “Avropa Muzey Standartı” (EUMS) verilib.
7.10.2011
  
2011-ci il ədəbiyyat üzrə Nobel mükafatına isveçli şair Tumas Transtremer layiq görülüb. 1,4 milyon dollar dəyərində mükafatın rəsmi təqdimetmə mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.
6.10.2011
  
Sizə qeyri-adi və çox maraqlı qadın şlyapalarının şəkillərini təqdim edirik.
6.10.2011
  
Istedadlı rəssam-illüstrator Qvido Daniel Milan şəhərində yaşayır və fəaliyyət göstərir. Onun maraq dairəsi çox genişdir. Belə ki, rəssam çox maraqlı “Body Art” (Bədən incəsənəti), televiziya və teatr dekorasiyaları, çox gözəl freskalar yaradır.
6.10.2011
  
Qoç - Mürəkkəb gündür. İstəyinizə çata bilməyəcəksiniz. Buna səhvləriniz mane olur. Peşəkar problemləriniz ciddiləşir. Bir çox Qoçlar özlərinə yeni iş yeri axtarmalı olacaqlar. Ruhdan düşmək olmaz, bir tərəfdən bağlanan qapılar o biri tərəfdən açılır. Yaxınlarınızla münasibətlərinizi qaydasında saxlaya biləcəksiniz. Düzdür, hərdən acı dilinizi dişləyib, öz rəyinizi gizlətməli olacaqsınız, amma nə etmək olar. Ehtiyatlı olun, fiziki zədə ala bilərsiniz.
6.10.2011
  
Azərbaycanda Qurban bayramı noyabrın 6-7-də qeyd olunacaq. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.
10.10.2011
  
Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı oktyabrın 8-də başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın final mərhələsinin qarşılaşmalarını izləmişlər.
7.10.2011
  
Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində bu elm ocağının təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpoziumun bölmə iclasları keçirilmişdir.
6.10.2011
  
Stokholmda fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb. Amerikalı alimlər Sol Perlmutter və Adam Rayss, həmçinin avstraliyalı Brayan Şmidt kosmologiya sahəsində işlərinə görə bu mükafata layiq görülüb. Fizika üzrə Nobel mükafatının məbləği 1.44 milyon dollardır.
10.10.2011
  
Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinə Avropa Muzey Standartı (EUMS) verilmişdir.
7.10.2011
  
Məşhur müğənni Rihannanın London konserti özəl bir məqamla yadda qalıb. 23 yaşlı müğənni konsert verəcəyi məşhur O2 Arena salonuna metro ilə getməyə qərar verib. Rihanna bir qrup pərəstişkarı ilə birlikdə metroya daxil olub.
6.10.2011
  
Dünyanın ən ad-sanlı qadını məhəbbət naminə böyük bir sərvətdən imtina etdi. O, bütün sərvətini qohumlarına bağışlayıb ki, övladları, nəvələri və digər qohumları ərə getməsinə razı olsunlar.