19.12.2013
  
Qoç - yeni işlərə həvəslə başlaya bilərsiniz. Əvvəl başladığınız işləri isə səbrlə çalışaraq tamamlayın. İşdə həmkarlar, müttəfiqlər və həmfikirlərlə ixtilaflar yarana bilər. Mübahisə və boş söhbətlərə sərf etdiyiniz zamandan faydalı işlər üçün yararlanmaq olar.
19.12.2013
  
İtaliyanın əfsanəvi ifaçısı Toto Kutunyo “Sarı gəlin”i ifa edib. İfaçı dekabrın 18-də xalq mahnımızı Azərbaycanın ən böyük konsert zalında – “Crystall Hall”-da çıxış edərkən oxuyub.
19.12.2013
  
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir.
19.12.2013
  
Nizami Kino Mərkəzində şairə Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş “Sirli bənövşə” sənədli-bədii filminin təqdimat mərasimi keçirilib.
19.12.2013
  
Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
19.12.2013
  
Sızanaqlar dərinin bütün gözəlliyini pozmaqla əhvalımızı da korlayır. Bəs qış aylarında onlardan xilas olmaq üçün nə etməli?
19.12.2013
  
Evində yeni il əhval-ruhiyyəsi yaradıb bayram dekorasiya etmək istəyənlər üçün bir-birindən modern aksessuarlar toplamışıq.
19.12.2013
  
Stradivarinin oğurluqdan sonra Böyük Britaniyada tapılmış skripkası dekabrın 18-də “Tarisio” hərrac evində 1,38 milyon funta (2,26 milyon dollara) satılıb.
19.12.2013
  
Belə velosipedi küçədə saxlamağı kimsə istəməz. Əksinə, onu seyfdə saxlamaq istəyi yaranır. Çünki 24 əyarlı qızılla örtülən, 600 "Swarovski" bülluru ilə bəzədilmiş velosipedin dəyəri 87 min dollardır.
19.12.2013
  
Rusiyanın “Rossiya-2” telekanalının səyahət və kulinariya verilişinin 5 əməkdaşı dekabrın 18-də Lənkəranda olub.
18.12.2013
  
Tanınmış Hollivud aktyoru Bryus Uillis və onun həyat yoldaşı Emma Hemminq 2-ci dəfə valideyn olacaqlar.
18.12.2013
  
Praqanın əsas memarlıq abidələrindən biri 18 milyon dollara satılıb. “Rəqs edən ev”in sahibi kolleksiyaçı Vaçlav Skala olub.
18.12.2013
  
Dənizkənarı Bulvarda inşa olunan iri attraksionun - "şeytan çarxı"nın tikintisi başa çatıb.
18.12.2013
  
Qoç - günün ilk yarısı əlverişlidir. İstənilən müstəvidə yeni işə və ya layihəyə başlamaq olar. Təfərrüatlarına tam bələd olmadığınız işi görməkdən çəkinməyin. Detalları tez qavrayacaq, uğur əldə edəcəksiniz.
18.12.2013
  
Meyvə şirələri, mürəbbə, ketçup, müxtəlif içkilər, hətta boya və ya mürəkkəb belə, bu futbolkanı islada, ləkələyə bilmir. Ağ rəngli geyimlərin "qənim"i olan qırmızı şərab da yeni kəşf edilmiş futbolkada heç bir iz qoymur.
18.12.2013
  
Hindistanın Madhya Pradeş ştatının Satna şəhərində yaşayan 28 yaşlı qadın Hindistanın tibb sahəsində dünən gecə eyni anda 10 uşaq dünyaya gətirməklə rekord qırıb. Ancaq dünyaya gələn uşaqların heç biri sağ qalmayıb.
18.12.2013
  
Dekabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb.
18.12.2013
  
Azərbaycanda 2 milyon 539 min 700 uşaq var.
18.12.2013
  
«Bakıelektrikşəbəkə» ASC borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatını dayandıracaq.
18.12.2013
  
Dekabrın 21-də Gəncədə ASAN Xidmət Mərkəzinin açılışı olacaq.