19.4.2013
  
Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
18.4.2013
  
Çinin Şandun vilayətindəki Linzi şəhərində yerləşən buddist məbədindəki qədim zəng asıldığı tirdən qırılaraq turistin başına düşüb.
18.4.2013
  
Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Miri Yusif konsert verəcək.
18.4.2013
  
Cənubi Afrika Respublikasında (CAR) 25,5 karatlıq nadir mavi almazın tapıldığı elan edilib.
18.4.2013
  
"Memar Əcəmi" stansiyasının əsas girişi tikinti işləri səbəbindən bağlanıb. Burada "Memar Əcəmi 2" stansiyasına keçid tikilir. Hazırda stansiya girişinin ətrafı hasarlanıb.
18.4.2013
  
2014-2015-ci illərdə regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi mümkün olacaq.
18.4.2013
  
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib. TQDK-dan verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir.
18.4.2013
  
Bu gündən Azərbaycanda «Windows phone 8» əməliyyat sisteminin qiymətdə ən ucuz, keyfiyyətdə isə heç də digərlərindən geri qalmayan  növbəti modeli – «Nokia Lumia 520» smartfonları satışa çıxarılıb.
18.4.2013
  
“2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”na uyğun olaraq Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestri yaradılıb.
18.4.2013
  
Azərbaycanda bəzi çaylarda sululuq artıb. Bunu cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
18.4.2013
  
Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.
18.4.2013
  
Xorvatiya çimərliyində içərisində məktub olan şüşə tapılıb. Məlumata görə, bu məktub 1985-ci ildə Kanadadan göndərilib.
18.4.2013
  
Aprelin 16-da Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və SEBA-nın (Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyası) dəstəyi ilə bu ölkənin paytaxtı Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında Koreya mətbuatı, ictimaiyyət nümayəndələri və digər qonaqların iştirakı ilə Azərbaycan kulinariya festivalının açılış mərasimi keçirilmişdir.
18.4.2013
  
Aprelin 16-da Rusiya paytaxtının möhtəşəm konsert salonlarından birində - Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Qara Qarayevin 95 illik yubileyi münasibətilə təntənəli gecə keçirilmişdir.
17.4.2013
  
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
17.4.2013
  
Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə “Univision” - tələbələrin II mahnı müsabiqəsinə start verib.
17.4.2013
  
Ərzaqlar:
17.4.2013
  
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb.
18.4.2013
  
Şotlandiyanın Kayvansel bölgəsindəki bir şirkət cəmi 1 kv.m torpaq alana lord və ledi titulları verir.
17.4.2013
  
Bahar aylarında dolabınızdan nələr əskik olmalıdır?