7.6.2012
  
Bu axşam İstanbulda Türk Telekom Arenada konsert verəcək pop ulduzu Madonna dünən Ayasofiya muzeyi və Sultanəhməd məscidində olub.
7.6.2012
  
Londonun şərqində aparılan qazıntı işləri zamanı arxeoloqlar "Pərdə" teatrının qalıqlarını tapıblar.
7.6.2012
  
Rəssam Ağa Hüseynov YARAT! qeyri-kommersiya təşkilatının keçirdiyi  "012 Baku Public Art Festival" çərçivəsində "İçəri Şəhər" metro stansiyası yaxınlığında öz işlərini təqdim edəcək.
7.6.2012
  
Almaniya KİV-ləri xəbər verir ki, futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Lev Avropa çempionatı dövründə öz yetirmələrinin sərbəstliyini məhdudlaşdırmamağı qərara almışdır.
7.6.2012
  
Braziliyada dünyanın ən nadir, unikal hadisələrindən biri baş verib. 2 yaşlı Kelvin Santos dəfnində dirilib, sonra yenidən ölüb.
7.6.2012
  
“Atəşgah” İntellektual Oyunlar Klubu, “Turan” İntellektual Oyunlar Klubu və “Xəzər” İntellektual Gənclər Klubu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkənin intellektual həyatının ən vacib hadisəsi - Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionatı keçiriləcək.
7.6.2012
  
İngiltərə alimləri pomidorun dadını daha da yaxşılaşdırmaq üçün maraqlı bir layihə üzərində çalışırlar.
6.6.2012
  
İyunun 7-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.
6.6.2012
  
İyunun 16 saat 22.00 – da Jumeirah Bilgah Beach otelində yeni “Equinox” adlı gecə klubunun açılışı olacaq. Açılış gecəsində məşhur DJ Riva Starr çıxış edəcək.
6.6.2012
  
Azərbaycanda "İctimai televiziya və radio yayımı haqqında" qanuna təklif olunan dəyişikliyə görə, İTV-də əcnəbi film və seriallar subtitrlərlə veriləcək.
6.6.2012
  
Yeni “Cruze” universalı Azərbaycanda bu ilin sentyabr ayında satışa çıxarılacaq. “Cruze Station Wagon” universalı, özündə ailəvi avtomobildən gözlədiyiniz hər şeyi özündə birləşdirir.
6.6.2012
  
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının günləri yenidən müəyyənləşib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.
6.6.2012
  
Ümumdünya Ətraf Mühit Günündə IDEA kampaniyası "Arzuladığın gələcək" adlı ekoloji müsabiqəni başa çatdırıb.
6.6.2012
  
Dahi rus şairi A.S.Puşkinin abidəsinin ucaldıldığı bağda şairin doğum günü - iyunun 6-da Rus dili günü keçirilmişdir.
Ənənəvi olaraq burada hər il şairin yaradıcılığının pərəstişkarları toplaşır.
6.6.2012
  
2012-ci ilin MTV film mükafatları sahiblərinə təqdim edilib. GoMap.Az TRT-yə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən təntənəli mərasimdə "ilin filmi" mükafatını "Alacaqaranlıq Əfsanəsi: şəfəq vaxtı" filmi alıb.
6.6.2012
  
Qoç - Siz hədəfinizə doğru cəsarətlə gedirsiniz. Çətin ki, bu, ətrafdakıların xoşuna gəlsin. Lakin nəticələr çox gözəl olacaq. Odur ki, özünüzdən razı qalacaqsınız. Əgər vacib danışıqlara hazırlaşırsınızsa, özünüzlə etibar etdiyiniz gənc qadını da aparın. Onun iştirakı çox faydalı olacaq.
6.6.2012
  
Bolqarıstanın Sozopol şəhərinin müqəddəs Nikolay Çudotvorç kilsəsinin yaxınlığında iki vampirin skeleti tapılıb. Qalıqlar XIII-XIV əsrlərinə aiddir. Ümumilikdə qazıntılar zamanı 70 insan qalığı tapılıb ki, onlar haqqında heç bir məlumat aşkarlanmayıb.
5.6.2012
  
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
6.6.2012
  
Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə AMEA Hüseyn Cavidin ev muzeyi və türk dünyasının ortaq televiziyası “TRT Avaz” daha bir yeniliyə imza atıb. Türkiyənin “TRT Avaz” kanalının “Türk dünyasından izler” verilişinin bir buraxılışı Türk dünyasının görkəmli filosof-şairi, dramaturqu Hüseyn Cavidə həsr olunub.
5.6.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Azərbaycanın həm cənubu, həm də şimalında qədim vaxtlardan türkdilli əhalinin yaşadığını sübut edən əlyazmalar tapıb. Bunu bazar ertəsi Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov deyib.