21.2.2013
  
Gürcüstanlı müğənni Suli Azərbaycan dilində oxuduğu mahnıya klip çəkdirib. Sözləri Azər Şirinə, musiqisi Givi Usenaşviliyə aid olan “Çox gözlədim” adlı mahnıya çəkilən klipə təqdimat keçirilib.
21.2.2013
  
"Google" yeni möcüzəsini tanıdıb. Bu video "Google Glass"ın indiyə qədər olan ən detallı tanıtım video çarxıdır. Videoda yeni möcüzə eynəklə nələrin edilə biləcəyi göstərilib.
21.2.2013
  
Azərbaycanda dünyaya uşaq gətirən valideynlərə sosial durumundan asılı olamayaraq birdəfəlik müavinətin həcmi artırıla bilər. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Trend-ə bildirib.
21.2.2013
  
Çilinin Kinon şəhərinin sakinləri ənənəvi pomidor döyüşü təşkil edib. Onlar festivalda 70 ton pomidor məhsulunu bir-birinə atıb.
21.2.2013
  
ABŞ-ın sabiq prezidenti Con Kennedinin xüsusi hazırlanmış gödəkcəsi hərracda 665 min dollara satılmışdır.
21.2.2013
  
Müstəqil dövlətin özünün müstəqil informasiyasını həyata keçirən infrastruktur, texnologiyalar, informasiya təhlükəsizliyini təmin edən qurğular olmalıdır. Eləcə də, Yerdə təbii fəlakətlər, fövqəladə hallar baş verərsə, yerüstü rabitəyə hansısa ziyan dəyərsə bu zaman peykdən istifadə etmək olar.
21.2.2013
  
Qazaxıstanın paytaxtı Astanada yerləşən “Xan Şatır” dünyanın ən böyük çadırı hesab olunur. Hündürlüyü 150 metrə çatan tikilinin diametri 200 metrdir. Çadır xüsusi tərtibatı ilə seçilən şəffaf plyonka ilə örtülmüşdür.
20.2.2013
  
Qoç - Titan və Qanimedin münasibətləri nahara qədər olan vaxtda effektiv çalışmağı əngəlləyəcək. Cari işlərlə məşğul olun, təcili görüləsi işləri başa vurun.
20.2.2013
  
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkəmizdə fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaqdır.
20.2.2013
  
ABŞ-ın Texas ştatında yaşayan 36 yaşlı Tressa Montalvo bir gündə 2 dəfə əkiz uşaq dünyaya gətirməklə səhiyyə tarixində sensasiya yaratmışdır.
21.2.2013
  
Əməkdar artist Lalə Məmmədova və xalq artisti Samir Cəfərov yeni duet hazırlayıb.
21.2.2013
  
Bioloqlar müəyyənləşdirmişlər ki, delfinlər yalnız onlara xas olan fit səslərini yamsılaya bilir və ondan hər bir heyvanın unikal adı kimi istifadə etməyi bacarırlar. Tədqiqat işi “Proceeding of the Royal Society B” jurnalında dərc olunmuşdur.
20.2.2013
  
Fransada güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə Azərbaycan millisi pnevmatik tapançadan atəşaçma yarışlarında dörd medal qazanmışdır.
20.2.2013
  
Britaniyalı stomatoloqlar valideynlərə məsləhət görürlər ki, uşaqları dişlərini təmizləyərkən Gangnam Style oxutsunlar və uşaqlara diş fırçasını mahnıya uyğun tərpətməyə kömək etsinlər.
20.2.2013
  
Rusiyanın Çelyabinsk vilayətinə yağan meteorit yağışının ardından Britaniyanın Somerset qraflığındakı qoruq jeleyəbənzər naməlum məhlulla dolub.
20.2.2013
  
Fevralın 21-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, fevralın 22-də isə nisbətən mülayim hava şəraiti müşahidə ediləcək.
20.2.2013
  
Azərbaycanda un, süd və şəkərin tərkibi zənginləşdiriləcək. Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik müzakirə olunub.
20.2.2013
  
Bakıda taksilərin sayının iki min ədədə qədər artırılmasına ehtiyac var. Bu barədə çərşənbə günü Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev mətbuat konfransında deyib.
20.2.2013
  
2013-cü ilin yanvar ayında Bakı şəhərində təkrar mənzil bazarındakı qiymətlər bəlli olub.
20.2.2013
  
ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanmışdır. “Emili” adı verilən robot insanla müqayisədə 12 dəfə sürətlə üzür, dəniz sularında bir batareya ilə 120 kilometr hərəkət edə bilir.