Ağsu
                                                                                                            Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu                                                        şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır.                                                        Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə                                                        Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.Coğrafi mövqeyinə görə Ağsu rayonu                                                        Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi                                                        dağlıq zonadadır. Rayonun ərazisindən 2 çay-Girdiman, Ağsuçay və onların qolları                                                        - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir                                                        gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.
                                                                                                            Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq,                                                        pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur.Rayon ərazisindən 55 kilometr                                                        uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax                                                        yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu                                                        üçüncü kateqoriyaya aiddir.