Biləsuvar
                                                                                                            Biləsuvar rayonu qərbdə İranla həmsərhəddir. Rayonun iqlimi isti və quraqlıq olması                                                        ilə fərqlənir. Biləsuvar pambıqçılıqla yanaşı taxılçılıq və heyvandarlıq da mühüm                                                        yer tutur.
                                                                                                            Biləsuvar adının mənşəyi barədə müxtəlif fərziyyələr mövcuddur. Bir fərziyyəyə görə                                                        bu ərazi "bilyər" və "suvar" adlı iki qəbilənin cəmləşib düşmən qarşısında qəhrəmancasına                                                        vuruşduğu yer olmuş və həmin qəbilələrin adlarının birləşməsi yolu ilə buraya ad                                                        verilmişdir. Başqa bir fərziyyəyə görə isə Biləsuvar sözu "burada su var" sözlərinin                                                        transformasiyaya uğramış şəklidir. Şəhərin tarixini xatırlayarkən belə də izah etmək                                                        olar ki, Biləsuvar toponimi "atlı əsgərlərin və çaparların keçid yeri" mənasını                                                        verir.