Füzuli
                                                                                                            Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1827-ci ildə yaranmışdır.                                                        Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu                                                        ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin                                                        qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnboyu, Arazboyu və Füzuli - Ağdam magistral                                                        yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şair                                                        Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş                                                        və Füzuli rayonu adlandırılmışdır.Rayon 23 avqust 1993-cü ildə tam işğal olunmuşdur.                                                    
                                                                                                            1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi ümummilli lider Heydər Əliyevin                                                        rəhbərliyi altında işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi                                                        köçkün məskunlaşmışdır. 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1997-ci                                                        ildən başlayaraq rayonda, işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata                                                        keçirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır.