Şəhərlər

Ucar

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonunun mərkəzi Ucar şəhəridir. Ucar rayonunun sahəsi 853 kv km-dir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun ölkəmizin mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir. Rayon Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır. Burada yarımsəhra və quru çöllər üçn səciyyəvi olan iqlim müşahidə edilir. Yayı çox isti olur. Göyçay və Türyan (Qarasu) çayları bu rayonun ərazisindən keçir. Biyan bitkisi bu rayonun florasında mühüm yer tutur. Dərman bitkisi olan biyanın kökləri tədarük edilərək, başaq ölkələrlə ixrac edilir. Rayonun faunasında canavar, turac, qırqovul daha geniş yayılmışdır. Yuxarı Şilyan kəndində əl ilə xalça toxumaq sənəti də qorunub saxlanmışdır. Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir. Rayonda yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri pambıq, qarğıdalı, çəltik, taxıl, pomidor, xiyar, kartof, soğan, badımcan, yonca. və s-dir. 1902-ci ildən mövcud olan Ucar Biyan zavodunda biyan kökü emal olunurdu. Ucar Biyan zavodu, Ucarın tarixində birinci sənayə müəssisəsidir. Biyan zavodu 1956-ci ilə kimi işləmişdir. 1956-ci ildən Konserv zavod adı ilə fəaliyyət göstərmişdir. Hal-hazırda da konserv zavodu kimi fəaliyyət göstərir.Ucar rayonunda tarixi abidələr qorunub saxlanılır. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə, "Şəhid anası" adlı monumental abidə, 416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə, Naməlum əsgərin xatirəsini əks etdirən monumental abidə, N.Nərimanovun heykəli, "Su qülləsi" abidəsi Ucarın mənəvi sərvətləridir.Rayonun mərkəzində və Qazıqumlaq kəndində Heydər Əliyev adına parklar salınmışdır. Ərazisində 32 yaşayış məntəqəsi vardır.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa