Lənkəran
                                                                                                            Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən                                                        Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur.                                                        Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir.                                                        Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı                                                        keçir. Havanın orta illik temperaturu +14°C. Ən soyuq ay yanvar (+3,4°C), ən isti                                                        ay isə iyul ayıdır (+2,5°C). Yağıntıların illik miqdarı 1400-1600 mm olur. Bu diyar                                                        bütün il boyu yaşıllığa bürünmüşdür.