Beyləqan
                                                                                                            Müasir Beyləqan rayonu öz tarixi adını 1989-cu ildə almışdır. Bu ilə qədər isə rayonun                                                        adı Jdanov olmuşdur. Beyləqan (Jdanov) rayonu Azərbaycan SSR-də inzibati rayon kimi                                                        1939-cu ildə təşkil edilmişdir. Cənnub-şərqdə İranla həmsərhəddir. Azərbaycan Respublikasının                                                        İmişli, Füzuli, Ağcabədi və Kür çayı vasitəsi ilə Zərdab rayonları ilə həmsərhəddir.                                                        Rayonda 1 şəhər, 6 şəhər tipli qəsəbə, 34 kənd yaşayış məntəqələri var.Beyləqan                                                        rayonu Mil düzünün cənub qərbindədir. Səthi şimal-şərqə və şərqə tərəf meyilli düzənlikdir.                                                        Ərazisinin şimal şərq hissəsi okean səviyyəsindən alçaqdadır. Cənub-qərbdə hündürlüyü                                                        təqribən 100 metrdir. Faydalı qazıntıları: çınqıl, qum və s. Rayonun şimal-şərq                                                        sərhədindən Kür çayı, cənub-şərq sərhədindən Araz çayı axır. Ərazisində əsasən boz,                                                        çəmən boz və yovşanlı-şoranotlu yarımsəhra bitkiləri geniş sahə tutur. Meşələri                                                        var.