Şəhərlər

Kəngərli

Babək və Şərur rayonlarının arasında yerləşir. 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə İran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 711,86 kvadrat kilometrdir. Mərkəzi Qıvraq qəsəbəsidir. Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Kontinental iqlim tipi hakimdir - yayda çox isti, qişda soyuq olur. Rayon ərazisindən Lizbirt və Cəhri çayları axır. Rayonun ərazisindən, Azərbaycanla İranin dövlət sərhəddi boyunca araz çayı axır. Əsasən kənd təsərrüfatı rayonudur. Bitki növləri əsasən, yarimsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur. Bu kənd təsərrüfati rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir. Naxçıvan muxtar respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: Çalxanqala kurqanları, qazma mağarası, eləcə də Qalacıq, Govurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri. Sonrakı dövrlərin salamat qalmış abidələri: Xok kəndində Came məscidi (XVIII yüzil) və Şahtaxtı kəndində hamam (XIX yüzil). Rayonda 1 qəsəbə, 10 kənd vardır.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa