Şəhərlər

Quba

Quba rayonun ərazisi böyük Qafqazın şimal-şərq yamaclarından başlayaraq, Samur – Dəvəçi ovalığına qədər uzanır. Rayonda şəfalı guşələr çoxdur: Balbulaq, Qızbənövşə, Qəçrəş dərinliyi 400-600 metrə çatan Təngəaltı yarğanı, Afurca çayının yaxınlığında hündürlüyü 75-80 metrə çatan əzəmətli şəlalə və s. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaratmışdır. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub Minarə forması almış fiqurdur. Rayon ərazisində iki süni göl var. Zəngin floraya və faunaya malik olan bu rayonda heyvan və balıq ovu üçün yaxşı imkanlar var. Ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Quba rayonu özünün məşhur alma bağları ilə tanınmışdır. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətiri hər tərəfə yayılır. Qubanı bəzən «alma bağı» adlandırırlar.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa