Ordubad
                                                                                                            Naxçıvan Muxtar Respublikasının şərq hissəsində yerləşən Ordubad rayonu şimaldan                                                        və şərqdən Ermənistanla, cənubdan İranla, qərbdən Culfa rayonu ilə həmsərhəddir.                                                        Rayonda yay fəsli çox isti, qış isə çox soyuq keçir. Ordubadın gözəl təbiəti, zəngin                                                        florası və faunası var. Bu rayon özünün saf havası, nadir dərman bitkiləri və ətirli                                                        meyvələri ilə ad çıxarmışdır. Ordubadın şaftalısı, armudu, üzümü və qaysısı çox                                                        şirəli və şirin olduqlarına görə məşhurdur.