Şəhərlər

Naxçıvan

Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,82 kvadrat kilometr, əhalisi 85,7 min nəfərdir (01.08.2011). Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmir yolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır. Naxçıvan şəhəri Naxçıvan düzündə, Naxçıvançayın sahilindədir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80C , iyulda 26,90C, illik yağıntı 236 mm-dir..

Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 19 ümumtəhsil məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla Teatrı, Uşaq Teatrı, Filarmoniya, Rəsm Qalereyası, Ilham Əliyev adına Olimpiya Idman Kompleksi, Üzgüçülük Mərkəzi, «Dinamo» Cəmiyyətinin Idman Kompleksi və Stadionu, Şahmat Məktəbi, 7 məktəbdənkənar və 9 məktəbəqədər tərbiyə müəssisələri, 8 kitabxana , 4 klub müəssisəsi, 10 muzey, 6 musiqi məktəbi, Naxçıvan Turizm Informasiya Mərkəzi, 3 mədəniyyət və istirahət parkı, «Gənclik» Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, 14 xəstəxana, dövlət orqanları və digər xidmət infrastruktur obyektləri vardır.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa