Daşkəsən
                                                                                                            Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin                                                        mərkəzidir. Rayonda temperatur qış aylarında -5°C-dən -20°C-dək, yay aylarında isə                                                        +20°C-dən +35°C-dək daşıyır. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ                                                        silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya                                                        cəlb edir. Onlar ətraf rayonlardan və Respublikanın paytaxtından ailələri ilə birlikdə                                                        bu yerlərə istirahətə gəlirlər. Balıq ovu həvəskarları Zağalı və Zvilyan kəndlərindəki                                                        Xoşbulaq və Göygöl süni göllərində vaxtlarını çox maraqlı keçirə bilərlər. Xoşbulaq                                                        yaylağının alp çəmənlikləri və sərin bulaqları xüsusilə məşhurdur.