Şəhərlər

Qəbələ

Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir. Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar.

Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır. Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələr var. dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa