Şəhərlər

Goranboy

Ərazisi 317 km2-dir. Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər – qalası yerləşir. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün «Albaniya tarixi» kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, şabran və Şəmkirlə eyni səviyyədə idi. Qədim mənbələrdən məlum olur ki, Şatal V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl, Şutur kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şatal şəhərini yerlə yeksan etmişlər. Şatal şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi «qala yeri», yaxınlıqdakı kənd isə «sevinc, şənlik, səadət» mənasında Şadlı adlanır. Rayon ərazisində aşağıda adları çəkilən tarixi və memarlıq abidələri var: Goran stansiyasında 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları; Goranboy şəhərində 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri; Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII – VIII əsrlərə aid «Tosal ocağı» adlı abidə; Xangərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə; Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid; Rəhimli kəndində XVIII – XIX əsrlərə aid türbə kompleksi, XIX əsrdə ucaldılmış Şatal qalası, XX əsrə aid Mirzə Adıgözəl bəy türbəsi; Qazanbulaq kəndində orta əsrlərə aid türbələr; Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII – XVII əsrlərə aid Gülüstan qalası. Nisbətən yaxın vaxtlarda Naftalan adlı kəndin yerində yaranmış Naftalan şəhəri bu rayonun məşhurlaşmasında mühüm rol oynamışdır. Naftalanın əsas sərvəti – Naftalan neftidir. Naftalan adının etimologiyası «süzülən» və ya «axıb gedən» mənasını verən «nafta» sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqlarının və dayaq – hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumalarının müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. 1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada «Naftalan» məlhəmini istehsal etməyə başlamışdır. Naftalanda dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları – atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildi, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirdilər.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa