Cəbrayıl
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə Azərbaycanda təşkil edilmiş inzibati rayondur. Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz çayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir.
23 avqust 1993-cü il tarixdə rayon erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində - çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.