17.8.2011
  

Avqustun 17-si Azərbaycan və SSRİ-nin Xalq artisti Mülüm Maqomayevin 69 yaşı tamam olacaqdı.Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.

16.8.2011
  
Düşənbədəki “Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasına dair razılıq əldə olunmuşdur. Bu haqda Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov məlumat vermişdir. Onun sözlərinə görə, BMM 2001-ci ildə yaradılmışdır və müntəzəm olaraq rəsm, fotosərgiləri, müxtəlif müsabiqələr, konsert, seminar, konfranslar keçirir, dil kursları təşkil edir.
16.8.2011
  
Muğam Teatrının yaradıcı heyəti sentyabrın sonu - oktyabrın əvvəllərində Türkmənistanda konsert proqramı ilə çıхış edəcəkdir.
15.8.2011
  

Montre Beynəlxalq caz festivalının laureatı, istedadlı cazmen Şahin Növrəsli avqustun 31-də Fransada 11-ci Beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış edəcəkdir.

13.8.2011
  

Ankaranın Keçiörən bələdiyyəsinin təşkil etdiyi III Beynəlxalq Ramazan festivalı çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Gecəsi keçirilmişdir.

15.8.2011
  
“2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də bu ilin sonunadək “Turizm haqqında” yeni qanun layihəsinin Milli Məclisə təqdim edilməsidir”.
3.8.2011
  
Cari ilin payızında Azərbaycanda Rusiya kino həftəsinin keçirilməsi planlaşdırılır. Hazırda kino həftəsinin keçirilməsi ilə bağlı danışıqlar aparılır.
2.8.2011
  
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.
3.8.2011
  
Avqustun 15-də İranda Beynəlxalq qısametrajlı filmlər festivalı başlanacaqdır. Verilən məlumata görə, ABŞ, Almaniya, İspaniya və s. ölkələrdən festivalda iştirak etmək üçün filmlər artıq təqdim edilmişdir.
1.8.2011
  
Avqustun 2-dən 6-dək Çernoqoriyanın Hersoq-Novi şəhərində 25-ci Beynəlxalq Hersoq-Novi-Monteneqro film festivalı keçiriləcəkdir.
1.8.2011
  
Gürcüstanın Batumi şəhərində keçirilmiş “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatında Azərbaycan birinci olmuşdur.
1.8.2011
  
Sentyabrın 4-5-də Rusiyanın Çelyabinsk vilayətinin mərkəzində keçiriləcək Şəhər Günləri çərçivəsində vilayətin diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş fotosərgi açılacaqdır.
30.7.2011
  

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və qala- konsert olmuşdur. Bu münasibətlə iyulun 30-da “Qafqaz Resorte” otelinin qarşısındakı parkda açıq səma altında keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Меhriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunmuşdur.

29.7.2011
  

TÜRKSOY-un 2010-cu ildə yaradılmış kamera orkestri Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, habelə Koreya Respublikasından olan gənc ifaçıları yenidən bir araya gətirəcəkdir.

29.7.2011
  

İyulun 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen ilə görüşmüşdür.

28.7.2011
  
İyulun 19-dan 24-dək Gürcüstanın Batumi şəhərində “Black Sea Jazz” Beynəlxalq festivalı keçirilmişdir. Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festivala 11 ölkədən 150-dək musiqiçi qatılmışdır.
27.7.2011
  
2011-ci ilin sentyabr ayının 26-30 tarixində II Bakı Beynəlxalq Kitab Sərgi- Yarmarkası keçiriləcəkdir.
Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
27.7.2011
  
Bu ilin ilk altı ayı ərzində Gürcüstana gələn turistlərin sayı 45% artıb. Gürcüstan bürosundan verilən məlumata görə, bu barədə baş nazir Nika Gilauri açıqlama verib.
27.7.2011
  
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə elan edilmiş «Bu meydan, bu ekran-2011» kino layihələri müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən qalib kino layihələri təsdiq edilmişdir:
21.7.2011
  
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kisik sahibkarlara güzəştli kreditlər ayrılacaq, turizm məqsədilə səfər edənlərə biletlər güzəştli qiymətlərlə satılacaq. Bu, prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulur. Plana əsasən, ölkədə turizmin inkişafı ilə bağlı müxtəlif mədəni tədbirlər