25.7.2011
  

Rumıniyanın Mədəniyyət və Milli İrs naziri cənab Hunor Kelemenin 28-31 iyul 2011-ci il tarixlərində Bakıya səfər etməsi və səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin cənab Kelemeni qəbul etməsi planlaşdırılır.

23.7.2011
  
“Fəxr edirəm ki, “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir”. Tanınmış azərbaycanlı müğənni Emin Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda ilk konsertini bu sözlərlə açmışdır. Londonun mərkəzindəki “Under The Bridge” klubunda təşkil edilmiş konsertdə Emin bu ölkədə çox sevilən mahnılarını ifa etmişdir.
23.7.2011
  
“Türk Dünyası İnfo” İctimai Birliyinin (TDİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Heydər Əliyev irsi və türk dünyasının birliyi ideyası mövzusunda yeni araşdırmalar” layihəsi başa çatmışdır.
22.7.2011
  
Muxtar respublikanın paytaxtında “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium açılmışdır. Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitablardan ibarət sərgiyə baxmışlar.
20.7.2011
  

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayev Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirmək məqsədilə cari ilin 18 iyul tarixində Qusar rayonuna səfər etmişdir.

21.7.2011
  
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kisik sahibkarlara güzəştli kreditlər ayrılacaq, turizm məqsədilə səfər edənlərə biletlər güzəştli qiymətlərlə satılacaq. Bu, prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulur. Plana əsasən, ölkədə turizmin inkişafı ilə bağlı müxtəlif mədəni tədbirlər 
21.7.2011
  
Sentyabrın 6-dan 11-dək Tatarıstanın paytaxtı Kazanda “Qızıl Minbər” VII Beynəlxalq müsəlman filmləri kinofestivalı keçiriləcəkdir. Seçim komissiyası iyulun 20-dən başlayaraq müsabiqədə iştirak edəcək filmləri müəyyənləşdirəcəkdir.
20.7.2011
  
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb.
22.7.2011
  
İyulun 21-də İçərişəhərdəki Kiçik Qala-Art Qalereyasında Ukraynanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Ukrayna Esperanto Assosiasiyasının rəhbəri, tanınmış fotoqraf-rəssam Yevgeni Kovtonyukun fərdi yaradıcılıq sərgisi açılmışdır. 
20.7.2011
  
Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup tələbəsi Şimali Kipr Türk Cümhuriyyətində yay tanışlıq təcrübəsi keçmək üçün bu ölkəyə yola düşüb. 
19.7.2011
  
Xəbər verildiyi kimi, Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ölkəmizdə səfərdədir. Heyətə qardaş ölkənin yüksək tirajlı mətbu orqanlarından “Zaman”, “Todays Zaman”, “Hürriyet”, “Hürriyet Daily News”, “Star” və “Radikal” qəzetlərinin təmsilçiləri daxildir.
19.7.2011
  
İyulun 19-da Yaponiya Mədəniyyət Günləri çərçivəsində bu ölkənin Azərbaycandakı səfiri Şusuke Vatanabe “İrəli” Gənclik Mərkəzində olmuşdur. Qonaq əvvəlcə mərkəzlə tanış olmuş, gənclərin iş fəaliyyəti ilə maraqlanmışdır.
19.7.2011
  
Oktyabrın 6-7-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaranmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçiriləcəkdir.
18.7.2011
  
Heydər Əliyev Fondunun mədəniyyətə dəstəyi göz qabağındadır. Bu sözləri Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın San-Trope şəhərində II Ramatuel klassik musiqi festivalı çərçivəsində keçirilən “Azərbaycanın mədəni zənginlikləri” sərgisində iştirak edən italiyalı rəssam Alberto Lorro demişdir.
17.7.2011
  
İyulun 16-da Fransanın San-Trope şəhərində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgi açılmışdır.
18.7.2011
  
İyulun 17-də Fransanın Ramatuel şəhərində II Ramatuel klassik musiqi festivalının açılışı olmuşdur. Mədəniyyət tədbirini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri açmışdır. Orkestr Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Vaqif Mustafazadə, dünya klassiklərindən Motsart, Çaykovski və Debüssinin məşhur əsərlərindən ibarət 11 klassik musiqi nömrəsi ifa etmişdir.
16.7.2011
  
“Turizm ili” çərçivəsində Lənkəranın Sütəmurdov kəndində “Palmalife Lenkaran Resort” hoteli istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edən hotelin baş meneceri Zəfər Atakan Lənkəranın turizm imkanları barədə danışmış, mehmanxananın yerli və xarici qonaqları yüksək səviyyədə qəbul edəcəyini bildirmişdir.
16.7.2011
  
Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşdur.
15.7.2011
  
Azərbaycanlı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi iyulun 18-dən 21-dək Buxarestdə keçiriləcək “15th Document.Art. International Film Festival” Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək.
16.7.2011
  
Heydər Əliyev Fondu tərəfindən keçirilən III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 15-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində pianoçuların II Beynəlxalq müsabiqəsi başlamışdır.
Əvvəlcə müsabiqənin püşkatma mərasimi keçirilmiş və birinci turun dinləmələri olmuşdur.